Suraxanı rayonunda növbəti dəfə B.Qulamoğlu adına 285 saylı tam orta məktəbdə “narkomaniyaya YOX deyək” mövzusunda maarifləndirici tədbir keçirilib
Suraxanı rayonunda növbəti dəfə bəşəriyyətin bəlası olan narkomaniya ilə mübarizə mövzusunda maarifləndirici tədbir B.Qulamoğlu adına 285 saylı tam orta məktəbdə təşkil olunmuşdur.
Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Rayon Polis İdarəsinin rəisi Süleyman Neymətov, Rayon Prokuroru Rəşid Mahmudov, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı rayon İdarəsinin rəisi Rauf Məmmədov, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Aqil Əlisoy və Xalidə Rzayeva, RİHBA-nın və hüquq-mühafizə orqanlarının əməkdaşları, məktəbin şagird və müəllim kollektivi iştirak etmişlər.
Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbiri giriş sözü ilə açan məktəbin direktoru Səfurə Rəhimova qonaqları salamlayaraq mövzu ətrafında çıxış etmək üçün sözü Rayon Polis İdarəsinin rəisi Süleyman Neymətova vermişdir.
Rayon Polis İdarəsinin rəisi Süleyman Neymətov, Rayon Prokuroru Rəşid Mahmudov, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı rayon İdarəsinin rəisi Rauf Məmmədov çıxış edərək narkomaniya və digər zərərli vərdişlərin insan orqanizminə neqativ təsirləri və yaratdığı sosial problemlər haqqında geniş məlumat vermişlər. Həmçinin, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Aqil Əlisoy da narkomaniya ilə yanaşı gənclərin radikal dini qrupların təsirinə düşməməsi, radikalizmin törətdiyi fəsadların qarşısının alınması və bu sahədə ictimaiyyətin rolunun əhəmiyyətindən bəhs etmişdir.
Daha sonra tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov bildirmişdir ki, bu gün ölkəmizin bütün sahələr üzrə qazandığı uğurlar Ulu Öndər, Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qaydışından sonra qoyulan möhkəm təmələ əsaslanır. Ölkə başçımız Cənab İlham Əliyevin həyata keçirdiyi islahatlar, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın apardığı inkişaf strategiyası bir daha sübut edir ki, dövlətin yürütdüyü siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Son illər narkotik vasitələrə qarşı mübarizənin xeyli güclənməsindən, dövlət orqanlarının bu sahədəki fəallığından danışan RİH başçısı sosial bəlaya qarşı aparılan mübarizədə mütəmadi olaraq maarifləndirici tədbirlərin keçirilməsinin əhəmiyyətini də vurğulamışdır.
Tədbirin sonunda məktəbin şagirdlərinin təqdimatında narkotik vasitələrdən istifadə və onun yaratdığı fəsadlardan bəhs edən səhnəcik nümayiş olunmuşdur.