Bülbülə qəsəbəsində Şəhidlər Xiyabanında Şəhidlərimizin məzarları ziyarət olundu
Artıq 2-ci ildir ki, Novruz bayramı öncəsi qeyd edilən ilaxır çərşənbəni Qarabağımızın işğaldan azad olunması timsalında ölkəmizin ərazi bütövlüyünün bərqərar olduğu şəraitdə qeyd edirik.
Belə bir gündə Suraxanı rayonunda ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsi yad edilir.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, RİHBA-nın şöbə müdirləri, qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri və Şəhid ailələri tərəfindən Bülbülə qəsəbəsində Şəhidlər Xiyabanında Şəhidlərimizin məzarları ziyarət olunmuş, önünə səməni və gül dəstələri düzülərək dualar edilmişdir.