Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonunda növbəti dəfə 226 saylı tam orta məktəbdə “narkomaniyaya YOX deyək” mövzusunda maarifləndirici tədbir keçirilib

04 mart 2022 | 16:00

Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Rayon Prokuroru Rəşid Mahmudov, Rayon Polis İdarəsinin rəisi Süleyman Neymətov, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı rayon İdarəsinin rəisi Rauf Məmmədov,  RİHBA-nın və hüquq-mühafizə orqanlarının əməkdaşları, məktəbin şagird və müəllim kollektivi iştirak etmişlər.
Məktəbin şagirdlərinin ifasında narkotik vasitələrdən istifadə və onun yaratdığı fəsadlardan bəhs edən tamaşa nümayiş olunduqdan sonra Rayon Prokuroru Rəşid Mahmudov, Rayon Polis İdarəsinin rəisi Süleyman Neymətov və Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı rayon İdarəsinin rəisi Rauf Məmmədov çıxış edərək zərərli vərdişlərlə mübarizədə maarifləndirici görüşlərin əhəmiyyətindən danışmış, yeniyetmələri sağlam həyat tərzi keçirməyə, təbiətdən, kitablardan, maraqlı insanlarla ünsiyyətdən zövq almağa, faydalı bilik və bacarıqlar öyrənməyə çağırış etmişlər.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək bəşəriyyətin ən böyük bəlalarından olan narkomaniyanın cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vurduğunu, sosial-iqtisadi inkişafa mənfi təsir göstərdiyini, insanların həyat və sağlamlıqlarına ciddi təhlükə yaratdığını bir daha şagirdlərin diqqətinə çatdıraraq dövlətimiz tərəfindən narkomaniyaya qarşı mübarizə sahəsində görülən işlər haqqında məlumat vermişdir.

 

Keçidlər