Fevralın 25-də Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 101 №-li tam orta məktəbdə Şəhidimiz Əliyev Elvin Bəhruz oğlunun doğum gününə həsr olunmuş anım tədbiri keçirilib
Fevralın 25-də Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 101 №-li tam orta məktəbdə torpaqlarımızın işğaldan azad edilməsində, möhtəşəm qələbənin qazanılmasında şücaət göstərən Şəhidimiz Əliyev Elvin Bəhruz oğlunun doğum gününə həsr olunmuş anım tədbiri keçirilmişdir.
Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin şöbə müdirləri, Yeni Suraxanı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi və bələdiyyə sədri, Şəhidin doğmaları, qəsəbə sakinləri, iştirak etmiş, həmçinin Şəhidin məzarı ziyarət edilərək ruhuna dualar oxunmuşdur.
Məktəbin şagirdləri şəhidin keçdiyi döyüş yolundan bəhs edən səhnəcik nümayiş etdirmiş, onun göstərdiyi qəhrəmanlıqlar haqqında iştirakçılara geniş məlumat vermişlər. Eyni zamanda, Şəhidin həyat yolunu təcəssüm etdirən videoçarx nümayiş olunmuşdur.
Qeyd edək ki, 26 fevral 1997-ci il tarixdə dünyaya göz açan Əliyev Elvin Bəhruz oğlu Vətən müharibəsində torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə Füzuli rayonu istiqamətində şəhid olmuşdur. Oktyabrın 19-da Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində dəfn edilmişdir. Elvin Əliyev ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.