Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonunda Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunan silsilə tədbirlər davam etdirilir

25 fevral 2022 | 16:00

Fevralın 25-də Xocalı soyqırımı ilə əlaqədar növbəti anım tədbiri Suraxanı Rayon İcra Hakimiyyətinin, YAP Suraxanı Rayon Təşkilatının və Səttar Bəhlulzadə adına Xarici dillər təmayüllü Respublika Gimnaziyasının birgə təşkilatçılığı ilə keçirilmişdir.
Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin müavini Könül xanım Axundova, Xocalı şahidləri, gimnaziyanın müəllim və şagird kollektivi iştirak etmişlər.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxışında Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Zəfər qazandığımız 44 günlük Vətən müharibəsində tarixi ədalətin bərpa olunduğunu, Xocalı qurbanlarının və bütün Şəhidlərimizin qisasının alındığını bildirərək onların ruhunun şad olduğuna əminliyini ifadə etmişdir. Həmçinin, RİH başçısı Xocalı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, bu faciənin xalqımıza qarşı soyqırım aktı kimi tanınması üçün Azərbaycan dövlətinin bütün zəruri addımları atdığını bildirmişdir.
Tədbirdə YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, Xarici dillər təmayüllü Respublika Gimnaziyasının direktoru Xəyalə Veyisova, Xocalı şahidləri və jurnalist, nəğməkar şair Gülxar Əmrahqızı çıxış etmişlər.
Qanlı gecənin dəhşət saçan səhnələri Səttar Bəhlulzadə adına Xarici dillər təmayüllü Respublika Gimnaziyasının şagirdlərinin ifasında hazırlanmış bədii kompozisiya ilə canlandırılmışdır. Həmçinin, Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyi ilə  birgə hazırlanan və azyaşlı uşaqlar üçün nəzərdə tutulan Vətən müharibəsində qazanılan Zəfərə və müdrik sərkərdəyə həsr edilən “Bizim böyük Qələbəmiz” adlı kitabın təqdimatı keçirilmişdir.

 

Keçidlər