Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanıda 20 Yanvar faciəsinin 25-ci ildönümü geniş qeyd edilir

15 yanvar 2015 | 16:00

"20 Yanvar” faciəsinin 25-ci ildönümü ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonda silsilə tədbirlər keçirilir. Tədbirlər planına müvafiq olaraq rayonun bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi ilə bağlı ərazilərdə abadlıq və təmizlik işləri görülür.
Rayon ərazisində yerləşən bütün sənaye, təhsil, səhiyyə, mədəniyyət müəssisələrində "20 Yanvar faciəsi Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzidir" mövzusunda xatirə tədbirləri təşkil olunur. Məktəblərdə 20 Yanvar faciəsinə həsr olunmuş rəsm, inşa yazı müsabiqələri keçirilir.
Rayonun qəsəbələrindəki şəhid məzarları və onların xatirəsinə ucaldılmış abidələr rayon ictimaiyyəti tərəfindən ziyarət olunur.
Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə növbəti tədbir rayonunu Yeni Suraxanı qəsəbəsində yeləşən 101 nömrəli tam orta məktəbin akt zalında keçirilmişdir.Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının fəalları, ictimai təşkilatların nümayəndələri iştirak etmişlər. Anım məraqsimində çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Hüseynova bildirmişdir ki, 1990-cı ilin 20 Yanvar hadisələri Azərbaycan xalqının tək faciəsi yox, həm də tarixinin ən şərəfli səhifələrindən biridir. Özümüzü bir millət kimi tanıyan və dərk edən gündür. 1990-cı il 20 Yanvar hadisələri Azərbaycan xalqının milli bütövlüyünü təsdiqləyən ən mühüm hadisələrdən biri kimi tarixin yaddaşına əbədi həkk edilmişdir. Bu faciə xalqı yumruq kimi birləşdirdi və bütün dünya azərbaycanlılarının gücünü göstərdi. 1990-cı ilin yanvarından sonra hakimiyyətdə olan qüvvələrin bu məsələdə ilk vəzifəsi faciəni təhlil etmək, günahkarları üzə çıxarmaq və dövlət səviyyəsində siyasi-hüquqi qiymət vermək olsa da, respublika əhalisinin təkidli tələblərinə baxmayaraq, bununla bağlı heç bir tədbir görülmədi. Yalnız 1990-cı ilin iyulunda Moskvadan vətənə qayıdan Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə həmin il noyabr ayının 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verən sənəd qəbul edildi. Beləliklə də 20 Yanvar faciəsi məhz Ümummilli Lider Heydər Əliyevin prinsipial və ardıcıl mübarizəsindən sonra öz hüquqi-siyasi qiymətini aldı.
Sevinc Hüseynova qeyd etmişdir ki, bu gün şəhid ailələrinin, müharibə əlillərinin və veteranlarının sosial təminatının gücləndirilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daim diqqət mərkəzindədir. Ölkəmizin hər yerində olduğu kimi, Suraxanı rayonunda da bu istiqamətdə ardıcıl  tədbirlər həyata keçirilir. Dövlətimiz tərəfindən 20 Yanvar hadisələrində şəhid olanların, itkin düşənlərin ailələrinə və əlil olan şəxslərə hər il dövlət yardımları edilir.
Anım mərasimində çıxış edən Səidə Məmmədova, Kamil Həmzəyev, Münəvvər Quliyeva xüsusi vurğulamışlar ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsinin uca tutulmasına xüsusi diqqət göstərir, hər il yanvarın 20-də Şəhidlər Xiyabanını ziyarət edərək "Əbədi məşəl" abidə kompleksinin önünə əklil qoyur. Möhtərəm Prezidentimiz cənab Prezident İlham Əliyev 1990-cı ilin yanvarında şəhid olmuş oğul və qızlarımızın xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, onların ailələrinin, övladlarının sosial müdafiəsinin gücləndirilməsi üçün mühüm sənədlər imzalamışdır.
Anım mərasimində "20 Yanvar” faciəsi haqqında film nümayiş olunmuşdur. Filmdə bəşər tarixinin dəhşətli cinayət hadisəsi şagirdlərin diqqətinə çatdırılmışdır.
Tədbirin sonunda məktəblilərin ifasında ədəbi-bədii kompazisiya göstərilmişdir.

Keçidlər