Fevralın 21-də etik müvəkkilin 2022-ci il üçün iş planına uyğun olaraq müşavirə keçirilib
21 fevral 2022 | 16:00
Fevralın 21-də “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin icrası ilə əlaqədar Suraxanı Rayon İcra Hakimiyyəti Başçısı Aparatında dövlət qulluqçularının etik davranış qaydalarına nəzarət edən və onun təhlilini aparan etik müvəkkilin 2022-ci il üçün iş planına uyğun olaraq etik müvəkkil - RİH başçısının müavini Könül xanım Axundovanın iştirakı ilə müşavirə keçirilmişdir.
Müşavirədə “Dövlət qulluğunda idarəçilik, qiymətləndirmə, peşəkarlıq və fərdi xüsusiyyətlərin artırılması” mövzusunda Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Qədimova Afaq Azər qızı məruzə ilə çıxış etmişdir.