Şriftin ölçüsü :

Saytın rəngi :

Fevralın 21-də Suraxanı rayonu, 279 №-li tam orta məktəbdə Beynəlxalq Ana Dili Gününə həsr olunmuş “Ana dilim-doğma dilim” adlı tədbir keçirilib

21 fevral 2022 | 16:00

Fevralın 21-də Suraxanı rayonu, 279 №-li tam orta məktəbdə ADPU-nin Filologiya fakültəsinin tələbələri ilə məktəbin şagirdləri arasında tələbə-şagird əməkdaşlığı çərçivəsində Beynəlxalq Ana Dili Gününə həsr olunmuş açıq dərslər və “Ana dilim-doğma dilim” adlı bədii hissədən ibarət tədbir keçirilmişdir.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Rayon Prokuroru Rəşid Mahmudov, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı rayon İdarəsinin rəisi Rauf Məmmədov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin müavini Könül Axundova, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva, ADPU-nun Filologiya fakültəsinin dekanı, Beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynova və digər qonaqlar iştirak etmişlər.
MEQA layihənin rəhbəri professor Mahirə Hüseynova ADPU-nun tələbələri ilə birlikdə açıq dərslərdə şagirdlərlə bu əlamətdar gün haqqında müzakirələr aparmışlar. Həmçinin, qrup işləri təqdim edilmiş, Beynəlxalq Ana Dili Gününə həsr olunmuş videoçarx nümayiş etdirilmişdir. Dərslərdə Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazandığımız Qələbə, eləcə də bu Qələbənin qazanılmasında canlarını fəda edən Şəhidlərimiz haqqında  ətraflı məlumatlar verilmişdir.
Açıq dərslər yekunlaşdıqdan sonra təşkil olunan bədii hissədə məktəbin şadirdlərinin ifasında “Ana dili” haqqında şerlər və mahnılar səsləndirilmiş, səhnəciklər nümayiş olunmuşdur. Tədbirin əsas məqsədi gənc nəsli dilimizi qorumağa, ona şərəflə xidmət etməyə təşviq etməkdir. 
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov bildirmişdir ki, Ana dilimiz milli-mənəvi dəyərlər sistemində ən qiymətli sərvətimizdir. Azərbaycan dili artıq milli dövlətçiliyimizin əsas göstəricilərindən biri kimi layiq olduğu ali məqama yüksəldilmiş və xalqımızın milli kimliyini bütün dünyaya təqdim etmişdir.  Dilimiz də eynilə torpaqlarımız kimi ötənlərimizi bu günümüzə qovuşdurmuş, xalqımızı dünyada tanıdan ən başlıca milli əlamət kimi onu gələcəyin astanasına gətirib çıxarmışdır. RİH başçısı  bu günün daha bir əlamətdar günə - Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti kimi fəaliyyətə başlamasının 5-ci il dönümünə təsadüf etdiyini vurğulamış, eləcə də Mehriban xanımın genişmiqyaslı fəaliyyətindən, Azərbaycanın milli-mənəvi dəyərlərini, mədəniyyətini, ölkəmizin özünəməxsusluğunu,  dünya cəmiyyətində böyük fədakarlıqla, uğurla təbliğ etməsindən bəhs etmişdir.
Həmçinin, tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva, ADPU-nun Filologiya fakültəsinin dekanı, Beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynova da çıxış edərək Azərbaycan xalqının formalaşmasında, onun dövlətçiliyinin qorunub yaşadılmasında rəsmi dövlət dili kimi təsbit olunmuş ana dilimizin əhəmiyyətindən bəhs etmişlər.

 

Keçidlər