Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanıda 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl təntənəli qeyd edilir

29 dekabr 2014 | 16:00

“31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və “Yeni 2015-ci il” münasibəti ilə Suraxanı rayon İcra Hakimiyyəti başçısının təsdiq etdiyi “Tədbirlər planı”na uyğun olaraq rayonda silsilə tədbirlər keçirilir. Rayonun ərazisində yerləşən təhsil, səhiyyə, sənaye müəssisələrində dəyirmi masalar, müxtəlif müsabiqələr, bayram şənlikləri təşkil olunur.
Növbəti belə bayram tədbiri Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun Yeni Günəşli yaşayış massivində yerləşən 2 saylı Uşaq evində və "Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün “Oriqami” reabilitasiya mərkəzi"ndə təşkil olunmuşdur. Uşaqları və  bayram şənliyində iştirak edən iştirakçıları təbrik etmək üçün Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov əvvəlcə 2 saylı Uşaq evində olmuşdur.
Xüsusi tərtibatla bəzədilmiş Uşaq evində bayram əhval-ruhiyyəsi hökm sürürdü. Uşaqları salamlayan rayon rəhbəri “31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və “Yeni 2015-ci il” münasibəti ilə onları təbrik etdi. İlqar Abbasov  öz çıxışında ölkə başçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin  və Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın uşaqlara göstərdikləri diqqət və qayğıdan ətraflı danışdı. 2 saylı Uşaq Evində tərbiyə alan uşaqlar hazırladıqları konsert  proqramı ilə çıxış etdilər. Uşaqların böyük həvəslə iştirak etdikləri şənlikdə uşaqlar arasında müxtəlif yarışlar təşkil olundu və onlara Rayon İcra Hakimiyyəti başçısının bayram hədiyyələri paylandı.
Sonra İlqar Abbasov xüsusi reabilitasiya kursu  keçən uşaqları təbrik etmək üçün "Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün “Oriqami” reabilitasiya mərkəzi"nə gəldi.
Burada da  musiqili-əyləncəli tədbir təşkil olunmuşdu. Şənlik iştirakçılarını salamlayan Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov dövlətimizin, ölkə başçısı cənab İlham Əliyevin xüsusi qayğıya eytiyacı olan vətəndaşlara, xüsusi ilə uşaqlara göstərdiyi diqqət və qayğıdan, bu istiqamətdə Respublikamızda həyəta keçirilən işlərdən danışdı.
Rayon rəhbəri diqqətə çatdırdı ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev cəmiyyətimizin bütün təbəqələrinə, o cümlədən xüsusi qayğıya eytiyacı olan vətəndaşlara daim diqqət və qayğı göstərir. Ölkə başçısının sərəncamı ilə mütəmadi olaraq xüsusi qayğıya eytiyacı olan insanların müavinətləri artırılır. Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bir çox əlil evləri əsaslı təmir olunmuş, müasir standartlara uyğun olan yeni bərpa mərkəzləri yaradılmışdır. 05 aprel 2011-ci il tarixdə istifadəyə verilən "Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya mərkəzi" də Heydər Əliyev Fondu tərəfindən  inşa edilmişdir. Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Mərkəzin açılışında iştirak etmişdir. Mərkəzdə xüsusi qayğıya ehtiyacı olan uşaqların müalicəsi və reabilitasiyası üçün müalicəvi idman və fiziki tərbiyədən, qum terapiyası üsulundan istifadə edilir. Uşaqları təbrik edən İlqar Abbasov Mərkəzə bayram hədiyyəsi təqdim etdi.
Sonda rayonun incəsənət ustalarının iştirakı ilə təşkil olunmuş bayram konserti uşaqların sevincinə sevinc qatdı.

Keçidlər