Suraxanı rayonunun məktəblərində mina təhlükəsizliyi, partlamamış hərbi sursatlar və ehtimal olunan digər xoşagəlməz hallar üzrə maarifləndirmə işləri aparılmışdır
Suraxanı rayonu, N.Həmidov adına 208 №-li və A.Səfərov adına 114 №-li tam orta məktəblərdə mina təhlükəsizliyi, partlamamış hərbi sursatlar və ehtimal olunan digər xoşagəlməz hallar üzrə maarifləndirmə işləri və təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi ilə bağlı “Həyat bilgisi” fənni üzrə açıq dərslər keçirilmişdir.
Suraxanı Rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, Suraxanı rayonu üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış idarəsinin, Suraxanı rayonu üzrə Fövqəladə Hallar və Mülki Müdafiə İdarəsinin əməkdaşlarının, qazilərin və məktəb kollektivlərinin iştirakı ilə təşkil olunan tədbirdə partlayış təhlükəsinə qarşı maarifləndirici tövsiyələr verilmiş, videoçarx nümayiş etdirilmiş və təhlükəsizlik məqsədilə ilkin tibbi yardımın əsasları izah edilmişdir. Həmçinin, şagirdlərə 44 günlük Vətən müharibəsində igidlik göstərən və şəhidlik zirvəsinə yüksələn gənclərimiz barədə bir daha ətraflı məlumatlar verilmişdir.