Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonunda aparılan abadlıq-quruculuq işləri çərçivəsində küçələr asfaltlanır

14 fevral 2022 | 16:00

Suraxanı rayonunda aparılan abadlıq-quruculuq işləri çərçivəsində avtomobil yollarının təmir və tikintisi uğurla icra edilərək küçələr asfaltlanır.
Əhalinin rahat gediş-gəlişinin təmin edilməsi məqsədilə “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən hazırda Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsində uzunluğu 530 metr olan yolda 3200 kv.m asfalt örtüyünün vurulması işləri aparılır.
Qeyd edək ki, rayon ərazisində qəsəbələrarası yolların və məhəllədaxili küçələrin əsaslı şəkildə təmiri və yenidən qurulması mərhələli şəkildə həyata keçirilir.

Keçidlər