Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonu, 87 saylı tam orta məktəbdə “Bizim böyük Qələbəmiz” adlı kitabın növbəti təqdimatı keçirilib

11 fevral 2022 | 16:00

Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən hazırlanan “Bizim böyük Qələbəmiz” adlı kitabın növbəti təqdimatı Suraxanı rayonu, 87 saylı tam orta məktəbdə keçirilib.
Təqdimat mərasimində Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini Könül xanım Axundova iştirak etmişdir.
Dövlət himninin səsləndirilməsi və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Şəhidlərimizin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbirdə məktəbin şagirdləri sözügedən kitabda adları çəkilən görkəmli şəxsiyyətləri canlandıraraq Şanlı Qələbəyə həsr olunmuş şerlər səsləndirmiş, rəqslər nümayiş etdirmişlər.

 

 

Keçidlər