N.Həmidov adına 208 saylı tam orta məktəbdə “Bizim böyük Qələbəmiz” adlı kitabın növbəti təqdimatı keçirilib
10 fevral 2022 | 16:00
Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən hazırlanan “Bizim böyük Qələbəmiz” adlı kitabın növbəti təqdimatı Suraxanı rayonu, N.Həmidov adına 208 saylı tam orta məktəbdə keçirilib.
Təqdimat mərasimində Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini Könül xanım Axundova iştirak etmişdir.
Dövlət himninin səsləndirilməsi və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Şəhidlərimizin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbirdə məktəbin şagirdləri Şanlı Qələbəyə həsr olunmuş şerlər səsləndirmiş, həmçinin sözügedən kitabda adları qeyd olunan görkəmli şəxsiyyətlərlə bağlı ətraflı məlumat vermişlər.