Suraxanı rayonu, 327 saylı tam orta məktəbdə “Bizim böyük Qələbəmiz” adlı kitabın təqdimatı keçirilib
Bu gün Suraxanı rayonu, 327 saylı tam orta məktəbdə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən hazırlanan “Bizim böyük Qələbəmiz” adlı kitabın təqdimatı keçirilib.
Təqdimat mərasimində Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini Könül xanım Axundova iştirak etmişdir.
Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun gücü və xalqımızın birliyi sayəsində 44 günlük Vətən müharibəsində qazanılan Qələbəmizdən bəhs edən sözügedən kitab azyaşlılar üçün nəzərdə tutulmuşdur.
Dövlət himninin səsləndirilməsi və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Şəhidlərimizin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbirdə məktəbin şagirdləri tərəfindən rəqs və səhnəciklər nümayiş olunmuş, şerlər səsləndirilmişdir.
İnanırıq ki, “Bizim böyük Qələbəmiz” adlı kitab şagirdlərimizin tariximizə, tarixi şəxsiyyətlərimizə, milli-mənəvi dəyərlərimizə və müasir Azərbaycanın inkişaf yoluna diqqət və marağının artırılmasına, onların Vətənə layiqli şəxsiyyət kimi yetişməsinə böyük töhfə verəcəkdir.