Şəhid Hüseynov Orxan Bəhmən oğlunun övladı Murad balanın 5 yaşı qeyd edilib
Bu gün 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərərək Şəhidlik adlı uca zirvəyə yüksələn Hüseynov Orxan Bəhmən oğlunun bizlərə əmanət qoyduğu övladı Murad balanın 5 yaşı tamam olur.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, RİHB-nin müavinləri, şöbə müdirləri, Əmircan bələdiyyəsinin sədri Şəhid övladının doğum gününü ailə üzvləri ilə birlikdə qeyd ediblər.
RİH başçısı Əziz Əzizov Murad balanı doğum günü münasibətilə təbrik edərək ən xoş arzularını çatdırmışdır. O, Şəhidlərimizin övladlarının hər birimizə doğma, əziz olduğunu, qəhrəman oğullarımızın ailələrinə, övladlarına sahib çıxmağın hər birimizin vətəndaşlıq borcu olduğunu qeyd etmişdir.
Şəhidimizin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə başda ölkə Prezidentimiz cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva olmaqla rayon rəhbərliyinə təşəkkürlərini bildirmiş, şəhidin xatirəsinin əziz tutulmasını, ailəsinə sahib çıxılmasını, daim yad olunmasını onun timsalında bütün şəhid ailələrinə olan hörmət və ehtiramın, qayğının bariz nümunəsi kimi qiymətləndirmişlər.