“2 Fevral - Gənclər Günü” qeyd olundu
Fevralın 2-də Suraxanı Rayon İcra Hakimiyyətinin və YAP Suraxanı Rayon Təşkilatının birgə təşkilatçılığı ilə “2 Fevral - Gənclər Günü” münasibətilə tədbir keçirilib.
Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatı Sevinc xanım Fətəliyeva, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Rayon Prokuroru Rəşid Mahmudov, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı rayon İdarəsinin rəisi Rauf Məmmədov, Rayon Məhkəməsinin sədrinin səlahiyyətlərini icra edən Anar İbrahimov, Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi Baba Salayev, ADMİU-nin dosenti, Rayon Ağsaqqallar Şurasının sədr müavini Ağalar Bayramov, RİHB yanında Şuranın üzvləri, rayonun idarə və müəssisələrin kollektivləri, rayon gəncləri, qazilər iştirak etmişlər.
İlk öncə Ümummilli Liderin Heydər Əliyev parkında ucalan abidəsi ziyarət edilərək önünə gül dəstələri düzülmüşdür. Daha sonra "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğunda təşkil olunmuş tədbir Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilmişdir.
Çıxışına Vətən uğrunda canlarından keçən Şəhidlərimizin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayan RİH başçısı Əziz Əzizov bütün gəncləri “2 Fevral - Gənclər Günü” münasibətilə təbrik etmiş və əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün də Azərbaycanda uğurla həyata keçirilən mütərəqqi gənclər siyasətinin gənc nəslin inkişafında eləcə də onların vətənpərvər ruhda formalaşmasında önəmli rol oynadığını bildirmişdir.
Həmçinin, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycan gəncinin cəsarətini, hünərini, əzmini bütün dünyaya nümayiş etdirdiyini bir daha vurğulayan RİH başçısı bütün Şəhidlərimizə Allahdan rəhmət diləmişdir.
Tədbirdə YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Milli Məclisin deputatı Sevinc xanım Fətəliyeva, Şəhid Xəyyam Əliyevin atası Əlixan Əliyev, Respublikanın əməkdar artisti, ADMİU-nin dosenti, Rayon Ağsaqqallar Şurasının sədr müavini Ağalar Bayramov, Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov, Suraxanı Gənclər Evinin direktoru Natavan Rüstəmova və digər qonaqlar çıxış etmişlər.
Gənclərin ifasında bədii hissə ilə davam edən tədbirdə rayonun ictimai həyatında fəal iştirak edən bir qrup şəxs RİH başçısının Fəxri fərmanı ilə təltif edilmişlər.