Şriftin ölçüsü :

Saytın rəngi :

Yanvarın 28-də Şəhid Məmmədov Mahir Ağasəlim oğlunun bulaq-abidə kompleksinin açılış mərasimi keçirilib

28 yanvar 2022 | 16:00

Yanvarın 28-də Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli "D" yaşayış sahəsində Vətən müharibəsində Azərbaycanın zəfər tarixini qanları ilə yazan oğullarımızdan biri Məmmədov Mahir Ağasəlim oğlunun adının əbədiləşdirilməsi məqsədilə Suraxanı Rayon İcra Hakimiyyətinin təşəbbüsü və "Xəzər İnşaat XXI əsr" MTK-nın dəstəyi ilə inşa edilmiş bulaq-abidə kompleksinin açılış mərasimi keçirilib.
Mərasimdə Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatları Sevinc xanım Fətəliyeva, Etibar Əliyev, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı rayon İdarəsinin rəisi Rauf Məmmədov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin müavinləri və şöbə müdirləri, Qaraçuxur qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, bələdiyyə sədri, Rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsinin əməkdaşları, Şəhid Ailələrinin Müdafiə Cəmiyyətinin sədri, “Canlı İşıqfor”un Vətənpərvərlik qrupu və gənclər, Şəhid ailələri və qazilər, Şəhidin doğmaları və yaxınları iştirak etmişlər.
RİH başçısı Əziz Əzizov çıxış edərək bildirmişdir ki, Ali Baş Komandan cənab İlham Əliyevin dönməz iradəsi, düşünülmüş rəhbərliyi, ordumuzun məğlubedilməzliyi, hünəri və qətiyyəti sayəsində torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olan Şəhidlərimizin qanı yerdə qalmadı. Bu gün Şəhidlərimizin ruhu şaddır. Məhz belə vətənpərvər gənclərimizin canı-qanı bahasına bu gün Qarabağımız azaddır. 
Anım tədbirində 282 və 290 saylı tam orta məktəbin müəllim və şagird kollektivi iştirak etmiş, həmçinin şagirdlərin ifasında şeirlər səsləndirilmişdir.
2016-cı ilin Aprel döyüşlərində də düşmənə qarşı savaşan Mahir Məmmədov Vətən müharibəsi başlayan ilk gündən döyüşlərə qoşulub və düşmənin hərbi obyektlərinin məhv edilməsi zamanı fəallıq göstərib.
Qeyd edək ki, Məmmədov Mahir Ağasəlim oğlu ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

 

Keçidlər