Şriftin ölçüsü :

Saytın rəngi :

Yanvarın 19-da Suraxanı Rayon İcra Hakimiyyətində 20 Yanvar şəhidlərinin ailə üzvləri və əlillərə ərzaq yardımı göstərilmişdir.

19 yanvar 2022 | 16:00


Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək 1990-cı ilin Qanlı Yanvar hadisələri zamanı vətənin müdafiəsinə qalxmış, haqsızlıq və ədalətsizliyə qarşı öz haqq səsini ucaltmış dinc əhalinin amansızcasına qətlə yetirildiyi faciənin yalnız Azərbaycan xalqına qarşı deyil, ümumbəşəri dəyərlərə, humanizmə qarşı törədilən bir cinayət olduğunu bildirmişdir. Həmçinin qeyd etmişdir ki, o dövrlərdə bütün çətinliklərə baxmayaraq Moskvada yaşayan xalqımızın dahi oğlu, Ümummilli Lider Heydər Əliyev faciənin ertəsi günü Azərbaycanın daimi nümayəndəliyinə gələrək, Qanlı Yanvar qırğınını törədənlərə qarşı kəskin bəyanatla çıxış etmiş, xalqımızın başına gətirilən müsibəti dünyaya çatdırmışdı. Məhz ümummilli lider Heydər Əliyevin bu cəsarətli addımı sayəsində dünyanın mütərəqqi qüvvələri də Azərbaycan xalqının məruz qaldığı bu dəhşətli və amansız terroru qətiyyətlə pisləmişdir.
RİH başçısı Əziz Əzizov ölkə başçımız cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa diqqəti sayəsində  20 Yanvar hadisələri iştirakçılarının və şəhid ailələrinin daim dövlət qayğısı ilə əhatə olunduğundan, sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən, eləcə də, 44 günlük Vətən müharibəsində qazandığımız Şanlı Qələbədən söz açmışdır.

Keçidlər