Şriftin ölçüsü :

Saytın rəngi :

Yanvarın 18-də 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.

18 yanvar 2022 | 16:00


Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin və Suraxanı Gənclər evinin əməkdaşları, 172 saylı tam orta məktəbin müəllim və şagird kollektivi iştirak etmişlər.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbirdə Suraxanı Gənclər evinin direktoru Natavan Rüstəmova çıxış edərək Qanlı Yanvar hadisələri zamanı xalqımızın başına gətirilən müsibətlərdən və Azərbaycan xalqının azadlıq mübarizəsindən danışmışdır.
Sonra məktəblilərin və Suraxanı Gənclər evinin fəal gənclərinin hazırladıqları ədəbi-bədii kompozisiyalar nümayiş etdirilmişdir.
Həmçinin, Suraxanı RİHBA-nın Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Elmar Hüseynov çıxış edərək xalqımıza qarşı törədilən bu qanlı və qəddar aksiyaya məhz Ulu Öndər, Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycana hakimiyyətə qayıdışından sonra siyasi-hüquqi qiymət verildiyini və bir sıra tarixi faktları şagirdlərin diqqətinə çatdırmışdır.

 

Keçidlər