Şəhid Abdullazadə Həsənağa Şakir oğlunun anım günü keçirilmişdir.
Anım tədbirində Suraxanı Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Elmar Hüseynov, RİHBA-nın əməkdaşları, Şəhid ailələri və qazilər, İctimai birliklərin nümayəndələri iştirak etmişlər.
1993-cü ilin mart ayının 9-da Lənkəran şəhərində zəhmətkeş ailədə anadan olmuş Həsənağa Abdullazadə Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murov zirvəsi uğrunda gedən döyüşlərdə yaxından iştirak edir. Ailəsi ilə telefon danışığında “Mən öz istəyimə çatacağam, Kəlbəcərə bayrağı mən sancacağam” deyən komandir təəssüf ki, döyüş yoluna sonadək davam edə bilmir. Şəhidlik zirvəsinə ucalan Həsənağanın nəşi 112 gündən sonra ailəsinə təhvil verilmiş və qəhrəman Vətən oğlu II Fəxri Xiyabanda dəfn edilmişdir.
Abdullazadə Həsənağa Şakir oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda", “Kəlbəcərin işğaldan azad edilməsi uğrunda" medalları ilə, 3-cü dərəcəli “Rəşadət" ordeni ilə təltif olunmuşdur.