Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Əhmədli Qardaşxan Elxan oğlunun övladı Nişanə balanın doğum günü qeyd olunub.

10 yanvar 2022 | 16:00

Yanvarın 10-da Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və maddi dəstəyi ilə Vətən Müharibəsinin Şəhidi Əhmədli Qardaşxan Elxan oğlunun üzünü görmədiyi övladı Nişanə balanın doğum günü qeyd olunub.
1 yaşı tamam olan Nişanə balanın doğum günü mərasimində Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin müavinləri və şöbə müdirləri, Şəhid ailələri iştirak etmişlər.
Hər zaman Şəhid ailələrinə xüsusi qayğı və ehtiram göstərərək dəstək olan RİH başçısı Əziz Əzizov Şəhidimizin bizlərə əmanət qoyduğu övladını doğum günü münasibətilə təbrik etmiş, fəxr yerimiz olan Şəhidlərimizin ailələrinə, övladlarına sahib çıxmağın hər birimizin borcu və vəzifəsi olduğunu bir daha vurğulamışdır. 
Şəhidimizin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə başda ölkə Prezidentimiz cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya olmaqla rayon rəhbərliyinə təşəkkürlərini bildirmiş, şəhidin xatirəsinin əziz tutulmasını, ailəsinin daim yad olunmasını onun timsalında bütün şəhid ailələrinə olan hörmət və ehtiramın, qayğının bariz nümunəsi kimi qiymətləndirmişlər.
Allahdan bütün Şəhidlərimizə rəhmət, doğmalarına isə səbr diləyirik.

 

 

Keçidlər