Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov ənənəsinə sadiq qalaraq Vətən müharibəsinin şəhidi, kapitan İsmayılov Elçin Mübariz oğlunun övladı Ömər İsmayılzadənin doğum günü münasibətilə Şəhidin ailəsini ziyarət etmişdir.
Yanvarın 8-də Vətən müharibəsinin şəhidi, kapitan İsmayılov Elçin Mübariz oğlunun övladı Ömər İsmayılzadənin doğum günü münasibətilə Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, hərbi xidməti başa vurmuş general-leytenant Əsgər Xəlilov, Milli Məclisin deputatı Etibar Əliyev, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı rayon İdarəsinin rəisi Rauf Məmmədov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Respublikanın əməkdar artisti, ADMİU-nin dosenti, Rayon Ağsaqqallar Şurasının sədr müavini Ağalar Bayramov, RİHB-nin şöbə müdirləri, Şəhid Ailələrinin Müdafiə Cəmiyyətinin sədri Şəhidin ailəsini ziyarət etmişlər.
Suraxanı RİH başçısı Əziz Əzizov ənənəsinə sadiq qalaraq Şəhidin 8 yaşı tamam olan övladı Öməri doğum günü münasibətilə təbrik etmiş, ən xoş arzularını çatdıraraq Şəhidimizin döyüş meydanında göstərdiyi igidlikdən söz açmış və Ömərin də atasının adına layiq vətənpərvər ruhda böyüyəcəyinə əmin olduğunu bildirmişdir.
Şəhidimizin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə başda ölkə Prezidentimiz cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya olmaqla rayon rəhbərliyinə təşəkkürlərini bildirmiş, şəhidin xatirəsinin əziz tutulmasını, ailəsinə sahib çıxılmasını, daim yad olunmasını onun timsalında bütün şəhid ailələrinə olan hörmət və ehtiramın, qayğının bariz nümunəsi kimi qiymətləndirmişlər.
Qeyd edək ki, şəhid Elçin İsmayılov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə 3-cü dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda”, "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.