Suraxanıda əlillərə xüsusi qayğı var
3 dekabr - Beynəlxalq əlillər günü münasibəti ilə Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə əmək, müharibə əlilləri, Çernobıl qəzasının iştirakçıları və müxtəlif səbəblərdən əlil olmuş 150 nəfər rayon sakini üçün “Bülbülə” şadlıq sarayında da süfrə acılmışdır.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Hüseynova bildirmişdir ki, BMT tərəfindən 1983-1992 illərdə həyata keçirilmiş Əlillər Onilliyinin başa çatması münasibəti ilə BMT Baş Məclisi 1992-ci il oktyabrın 14-də hər il dekabr ayının 3-nün “Beynəlxalq Əlillər günü “ kimi qeyd olunması barədə qərar qəbul etmişdir.
Bu günün məqsədi cəmiyyəti əlillik probleminin həllinə cəlb etməkdir.
Suraxanı rayonunda 10 219 nəfər nəfər əlil yaşayır. Onlardan 3272 nəfəri sosial əlil, 6947 nəfəri müharibə, əmək, silahlı qüvvələrdə xidmət, Çernobıl qəzası və digər əlil kateqoriyasına daxildir. Bundan əlavə rayonda 827 nəfər 18 yaşına çatmayan əlil yaşayır. Onların hamısına dövlət tərəfindən pensiya və müavinət verilir.
Sevinc Hüseynova xüsusi vurğulamışdır ki, Azərbaycan Respublikasının Prezidentı cənab İlham Əliyev bu kateqoriyadan olan insanların problemlərinin həlli, onların həyat şəraitnin yaxşılaşdırılması, bu insanların özlərini cəmiyyətin tamhüquqlu üzvü kimi hiss etmələri üçün bütün zəruri tədbirləri həyata kecirir. Əlillər dövlətin hərtərfli qayğısı ilə əhatə olunmuşlar. Bu istiqamətdə Suraxanı rayonunda da əlillərin qarşılaşdıqları məişət problemlərinin həlli və maddi-rifah hallarının yaxşılaşdırılması yönündə mütamadi olaqraq zəruri tədbirıər həyata kecirilir.
Tədbirdə çıxış edənlər əlillərə göstərilən diqqətə görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildirmişlər.
.