Dəyərli sakinlərimiz və səhifəmizin izləyiciləri!
Dəyərli sakinlərimiz və səhifəmizin izləyiciləri!
Milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirən 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqımızı təbrik edirik!
Artıq ikinci ildir ki, tarixi sınaqdan uğurla çıxan birlik və bərabərliyimizin bariz nümunəsi olan həmrəylik günümüzü böyük qürur hissi ilə Tarixi Qələbənin doğurduğu yüksək əhval-ruhiyyə şəraitində qeyd edirik.
Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılmış və hər bir Azərbaycanlının sevinc və qürur hissinə çevrilmiş bu qələbədə canlarından keçməklə xalqımızın azadlığı uğrunda qəhrəmanlıq dastanı yazan bütün Şəhidlərimizin xatirəsini bu əziz günlərdə bir daha ehtiramla yad edirik.
Qalib xalqımıza hər zaman birlik və həmrəylik arzulayırıq!