Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonunda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il qeyd edildi

29 dekabr 2021 | 16:00

Suraxanı rayonunda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il qeyd edildi
Dekabrın 29-da Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun, Milli Məclisin deputatları Afət xanım Həsənovanın, Etibar Əliyevin, Rayon Prokuroru Rəşid Mahmudovun, Rayon Məhkəməsinin səlahiyyətlərini icra edən Anar İbrahimovun, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidovun, Respublikanın əməkdar artisti, ADMİU-nin dosenti, Rayon Ağsaqqallar Şurasının sədr müavini Ağalar Bayramovun, rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın üzvlərinin, Şəhid ailələri və qazilərin, rayonun idarə, müəssisə, təşkilat rəhbərlərinin, ziyalıların iştirakı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir keçirilib.
Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir iştirakçılarını təbrik etmiş, bu əlamətdar günün əhəmiyyətindən, o cümlədən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazandığımız tarixi ədalətin zəfər çalmasında xalqımızın göstərdiyi birlik və həmrəyliyin bütün dünyaya sübut olunduğundan söz açmışdır. Həmçinin, Şəhidlərimizə Allahdan rəhmət diləyən RİH başçısı Əziz Əzizov  tədbirdə iştirak edən şəhid ailələrinə və qazilərə bir daha hörmət və ehtiramını bildirmişdir.
Bayram tədbirində Milli Məclisin deputatları Etibar Əliyev, Afət xanım Həsənova, Respublikanın əməkdar artisti, ADMİU-nin dosenti, Rayon Ağsaqqallar Şurasının sədr müavini Ağalar Bayramov, Suraxanı Rayon Ağsaqqallar Şurasının sədri Arif Babayev, 114 saylı tam orta məktəbin direktoru Ceyran Novruzova, 118 saylı tam orta məktəbin direktoru Nizaməddin Ağcayev, 23 nömrəli Şəhər Poliklinikasının baş həkimi Sənan Əliyev, Əmircan bələdiyyəsinin sədri Cəmilə Ağayeva, həmçinin şəhid ailələri və qazilərimiz çıxış edərək xoş arzularını və təbriklərini çatdırmışlar.
Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” təltif edilmiş Suraxanı RİHBA-nın Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Qədimova Afaq Azər qızının medalı və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilmiş Azərbaycan Uşaqlarının 5-ci Ümumrespublika Forumunda fəal iştirakına görə təltif olunmuş Suraxanı rayonu, 278 saylı tam orta məktəbin şagirdi Nicat Rəhimovun, 279 saylı tam orta məktəbin şagirdi Qəndab Məmmədovanın və 285 saylı tam orta məktəbin şagirdi Jalə Muradlının sertifikatları təqdim olunmuşdur.
Tədbir sevilən ifaçıların və rəqs qruplarının təqdimatında bədii hissə ilə davam etmişdir.

 

Keçidlər