Dekabrın 22-də Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən Dövlət Sərhəd Xidmətinin Səttar Bəhlulzadə adına Mədəniyyət Mərkəzində Muğam gecəsi təşkil olunmuşdur.
Dekabrın 22-də Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən Dövlət Sərhəd Xidmətinin Səttar Bəhlulzadə adına Mədəniyyət Mərkəzində Muğam gecəsi təşkil olunmuşdur.
Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə sevilən muğam ifaçıları, Azərbaycan Respublikasının xalq artistləri Teyyub Aslan, Gülyaz Məmmədova, Gülyanaq Məmmədova, Azərbaycan Respublikasının əməkdar artistləri Yaqut Abdullayeva, Zakir Əliyev, aktyor, Azərbaycan Respublikasının əməkdar artisti Ağalar Bayramov çıxış etmişlər.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi Əlizaman İlknurun təqdimatı və "Xarı bülbül" muğam qrupunun müşayiəti ilə böyük sənətkarların füsünkar ifalarında səslənən milli sərvətimiz olan muğam dinləyicilərə xoş ovqat yaratmışdır.
Sonda Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək tədbir iştirakçılarını Fəxri Fərmanla təltif etmişdir.