Xalqımıza qələbə sevincini bəxş edən və bu yolda canından, qanından keçən igid Vətən oğullarımızdan biri Şəhidimiz Noçuyev Surxay Əbdül oğlu yaşasaydı bu gün 33 yaşı tamam olacaqdı.
Xalqımıza qələbə sevincini bəxş edən və bu yolda canından, qanından keçən igid Vətən oğullarımızdan biri Şəhidimiz Noçuyev Surxay Əbdül oğlu yaşasaydı bu gün 33 yaşı tamam olacaqdı.
Dekabrın 19-da, Şəhidimizin doğum günündə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatı Afət xanım Həsənova, Rayon Polis İdarəsinin rəisi Süleyman Neymətov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin müavinləri və şöbə müdirləri, Respublikanın əməkdar artisti, ADMİU-nin dosenti, Rayon Ağsaqqallar Şurasının sədr müavini Ağalar Bayramov, Zığ qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi və bələdiyyə sədri, Rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsinin əməkdaşları, Suraxanı Rayon Gənclər və İdman İdarəsinin rəisi, Şəhid Ailələrinin müdafiə cəmiyyətinin sədri, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Suraxanı rayon şöbəsinin sədri, Şəhidin doğmaları Noçuyev Surxay Əbdül oğlunun II Fəxri Xiyabanda məzarını ziyarət edərək dualar oxumuş və məzarı önünə gül dəstələri düzmüşlər.
Aprel döyüşlərində iştirak edən Surxay Noçuyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Zəngilanın, Qubadlının, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə tabor komandiri kimi ön xətdə döyüşüb, düşmənin çoxsaylı canlı qüvvəsini və texnikasını məhv edərək böyük qəhrəmanlıq göstərib. Sonuncu döyüşü də Qarabağın incisi sayılan Şuşada olub.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Surxay Noçuyevə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümayiş etdirdiyinə görə “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş, eləcə də o, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda” medalı, Azərbaycan Respublikasının Qubadlı, Füzuli rayonlarının və Şuşa şəhərinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə “Qubadlının azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.