Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanıda “Yanğınların profilaktikasında və yanğın hadisələri zamanı əhaliyə düzgün davranış vərdişlərinin aşılanmasında yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının rolu” mövzusunda maarifləndirici tədbir keçirilmişdir

25 noyabr 2014 | 16:00

25 noyabr 2014-cü il tarixdə Suraxanı rayon İcra Hakimiyyətinin konfrans zalında “Yanğınların profilaktikasında və yanğın hadisələri zamanı əhaliyə düzgün davranış vərdişlərinin aşılanmasında yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının rolu” mövzusunda Suraxanı RİH-in və Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin birgə təşkilatçılığı ilə müşavirə keçirilmişdir.
Müşavirədə Suraxanı RİH-in və Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin rəhbər və məsul işçiləri, FHN-nin 4-cü Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin və Suraxanı rayon Dövlət Yanğından Mühafizə Hissəsinin məsul işçiləri, Suraxanı rayon İcra Hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə qəsəbə nümayəndələri, qəsəbələrin bələdiyyə sədrləri, rayonun xidmət və mənzil-kommunal sahələrinin, təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin rəhbərləri iştirak etmişdir.
Suraxanı rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Rayon Fövqəladə Hallar Komissiyasının sədri Rəşad Hacıyev məruzə ilə çıxış etmişdir.

Keçidlər