Bu gün, 37 yaşında Vətən müharibəsində Şəhidlik zirvəsinə ucalan baş leytenant, Həmidov Mixail Hamlet oğlunun doğum günüdür.
Bu gün, 37 yaşında Vətən müharibəsində Şəhidlik zirvəsinə ucalan baş leytenant, Həmidov Mixail Hamlet oğlunun doğum günüdür.
Anım günü münasibətilə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun, Milli Məclisin deputatı Afət xanım Həsənovanın, Rayon Polis İdarəsinin rəisi Süleyman Neymətovun, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidovun, RİHB-nin müavinlərinin və şöbə müdirlərinin, Respublikanın əməkdar artisti, ADMİU-nin dosenti, Rayon Ağsaqqallar Şurasının sədr müavini Ağalar Bayramovun, Qaraçuxur qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin, bələdiyyə sədrinin, Şəhidin ailə üzvlərinin iştirakı ilə II Fəxri Xiyabanda məzarı ziyarət olunmuş, önünə gül dəstələri düzülərək dualar oxunmuş, ruhu böyük ehtiramla anılmışdır. Azərbaycanın bütövlüyü uğrunda canından keçmiş bütün Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində Azərbaycan Ordusunun ehtiyatda olan baş leytenantı Mixal Həmidov öz istəyi ilə müharibəyə yollanıb. Müharibə zamanı o, Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Füzuli rayonu istiqamətində Ermənistan tərəfində olan bir neçə postun qısa müddət ərzində Azərbaycan tərəfinin nəzarəti altına alınmasında xüsusi rol oynayıb və silah yoldaşları tərəfindən "Mixaylo" ləqəbini qazanıb. Mixail Həmidov oktyabrın 23-də Füzuli döyüşləri zamanı Şəhid olub.
Qeyd edək ki, Şəhidimiz Mixail Həmidov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda” medalı, Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik nümunəsi göstərdiyinə görə “Füzulinin azad olunmasına görə”, Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyinə görə “İgidliyə görə” medalları ilə təltif edilmişdir.