"Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirən zaman qəzaya uğrayan Dövlət Sərhəd Xidmətinə məxsus helikopterdə həlak olan Şəhidimiz Vətən müharibəsinin iştirakçısı kapitan Əliyev Xəyyam Əlixan oğlunun bu gün doğum günüdür.
Xızı rayonu ərazisində "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirən zaman qəzaya uğrayan Dövlət Sərhəd Xidmətinə məxsus helikopterdə həlak olan Şəhidimiz, Şanlı Qələbənin qazanılmasında böyük xidmətləri olmuş Vətən müharibəsinin iştirakçısı kapitan Əliyev Xəyyam Əlixan oğlunun bu gün doğum günüdür.
Şəhidlik zirvəsinə ucaldıqdan sonra Xəyyam Əliyevin qeyd olunan ilk doğum günündə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Rayon Prokuroru Rəşid Mahmudov, Rayon Polis İdarəsinin rəisi Süleyman Neymətov, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı rayon İdarəsinin rəisi Rauf Məmmədov, RİHB-nin müavinləri, şöbə müdirləri, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndələri, bələdiyyə sədrləri iştirak etmişlər.
Şəhidimizin valideynlərinə dərin hüznlə başsağlığı verən RİH başçısı Əziz Əzizov qeyd etmişdir ki, bu gün Şəhidlərimizin evi ziyarətgah yerimiz, fəxrlə açacağımız qapı və bir ömür boyu unutmayacağımız ünvandır. Allahdan Şəhidimizə rəhmət diləyən Əziz Əzizov onun özündən sonra əmanət qoyduğu körpə balasının da vətənpərvər ruhda böyüyəcəyinə əmin olduğunu bildirmiş və ailəsinə səbr diləmişdir.