16 dekabr – Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı günü!
Bu gün, dekabrın 16-da Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı günü münasibətilə Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun, Akademiyanın rəisi general-mayor Baba Salayevin, RİHB-nin müavinlərinin və şöbə müdirlərinin, Akademiyanın əməkdaşlarının iştirakı ilə tədbir keçirilmiş və FHN-nin Suraxanı rayonundakı yerli qurumlarının bir sıra əməkdaşları Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edilmişlər.
Peşə bayramı günü münasibətilə FHN-nin əməkdaşlarını təbrik edən Əziz Əzizov onların gələcək fəaliyyətində nailiyyətlər arzu edib. Həmçinin RİH başçısı qeyd etmişdir ki, ölkəmizdə baş verə biləcək fövqəladə hadisələrin vaxtında aşkarlanması, qarşısının alınması və bununla bağlı əhalinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində Nazirlik tərəfindən genişmiqyaslı tədbirlər həyata keçirilir.