Suraxanı Gənclər evində Ulu Öndər, Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunan “Dahilər ölməz!” adlı tədbir keçirilmişdir.
Suraxanı Gənclər Evi, Dünya Jurnalistlər Birliyi və “Uğurcan” psixologiya mərkəzinin birgə təşkilatçılığı ilə Suraxanı Gənclər evində Ulu Öndər, Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunan “Dahilər ölməz!” adlı tədbir keçirilmişdir.
Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini Könül xanım Axundova, idarə və İctimai Birliklərin rəhbərləri, Şəhid ailələri, qazilər, rayon gəncləri və digər qonaqlar iştirak etmişlər.
Tədbir eşitmə və danışma qüsurlu olan 3 nömrəli Respublika Xüsusi internat məktəbinin şagirdlərinin təqdimatında Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ulu Öndərin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan edilmişdir.
Rayon İcra Hakimiyyəti başçısının müavini Könül xanım Axundova, Suraxanı Gənclər Evinin direktoru Natavan Rüstəmova və digər qonaqlar çıxış edərək Ulu Öndərlə bağlı xatirlərini bölüşmüş, Azərbaycan dövlətçiliyinin söykəndiyi təməl prinsiplərinin məhz Heydər Əliyev tərəfindən yaradıldığını vurğulamışlar.
Anım tədbirində iştirak edən Şəhid anaları və Vətən uğrunda sağlamlığından keçən qazilər də çıxış edərək gənclərlə öz fikilərini bölüşmüş, torpaqlarımızın azad edilməsinin bu gün Ulu Öndərin uğurla davam etdirilən siyasətinin bariz nümunəsi olduğunu qeyd etmişlər.
Sonda tədbir iştirakçıları ilə xatirə şəkilləri çəkilmişdir.