Suraxanı rayonunda ümumi təhsil müəssisələrində Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar tədbirlər keçirilib.
11 dekabr 2021 | 16:00
Suraxanı rayonunda ümumi təhsil müəssisələrində Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar tədbirlər keçirilib.
65 saylı tam orta məktəbdə təşkil olunan anım günündə Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini Könül xanım Axundova iştirak etmişdir.
Dövlət Himninin səsləndirilməsi və Dahi Lider Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan anım tədbirində müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin həyatından, onun Azərbaycanın inkişafı yolunda, dövlət müstəqilliyinin qazanılmasında və möhkəmləndirilməsində müstəsna rolundan danışılmışdır.
Məktəblilər Ulu Öndərə həsr olunan şeirlər səsləndirmişlər.