Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonunda ümumi təhsil müəssisələrində Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar tədbirlər keçirilib.

11 dekabr 2021 | 16:00

Suraxanı rayonunda ümumi təhsil müəssisələrində Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar tədbirlər keçirilib.
315 saylı tam orta məktəbdə təşkil olunan anım günündə Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini Könül xanım Axundova iştirak etmişdir.
Anım tədbirində Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Müstəqilliyə gedən yolumuzu işıqlandıran, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin Azərbaycan tarixində və beynəlxalq aləmdəki rolu və demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu siyasəti barədə ətraflı məlumat verilib.
Dahi liderin diqqət və qayğısı sayəsində digər sahələr kimi, elm və təhsil sahəsində də böyük nailiyyətlərin əldə olunduğu vurğulanıb.
Məktəblilər Ulu Öndərə həsr olunan şeirlər söyləyib, mahnılar ifa edib, dahi liderin həyat və fəaliyyətinə dair videoçarxlar nümayiş etdirilib.

Keçidlər