Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət məktəbində I Qarabağ müharibəsinin şəhidi Səxavət Hacıyevin 55 illik yubileyi və Şəhidin həyatına həsr olunmuş “Vətən sənə oğul dedi...” adlı kitabın təqdimetmə mərasimi keçirilib.
Suraxanı rayonu, Əmircan qəsəbəsi, Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət məktəbində I Qarabağ müharibəsinin şəhidi Səxavət Hacıyevin 55 illik yubileyi və Şəhidin həyatına həsr olunmuş “Vətən sənə oğul dedi...” adlı kitabın təqdimetmə mərasimi keçirilib.
Mərasimdə Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini Könül Axundova, Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşiyev, Milli Məclisin deputatları, Şəhid ailələri, qazilər, ziyalılar və digər qonaqlar iştirak edib.
Tədbirdə çıxış edən qonaqlar Şəhid Səxavət Hacıyevin həyatı və keçdiyi şərəfli döyüş yolundan danışaraq Vətənin azadlığı yolunda canını qurban verən, xalqın rifahı və xoşbəxtliyi naminə Şəhid olan igid oğullarımızın ruhlarını ehtiramla yad etmişlər.