Xızı rayonu ərazisində "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirən zaman qəzaya uğrayan Dövlət Sərhəd Xidmətinə məxsus helikopterdə həlak olan Şəhidimiz kapitan Əliyev Xəyyam Əlixan oğlunun bu gün 3 mərasimi keçirilib.
Xızı rayonu ərazisində "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirən zaman qəzaya uğrayan Dövlət Sərhəd Xidmətinə məxsus helikopterdə həlak olan Şəhidimiz, Şanlı Qələbənin qazanılmasında böyük xidmətləri olmuş Vətən müharibəsinin iştirakçısı kapitan Əliyev Xəyyam Əlixan oğlunun bu gün 3 mərasimi keçirilib.
Mərasimdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatı Afət xanım Həsənova, Rayon Prokuroru Rəşid Mahmudov, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı rayon İdarəsinin rəisi Rauf Məmmədov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsinin rəisi Çingiz Kiçibəyov, Respublikanın əməkdar artisti, ADMİU-nin dosenti, Rayon Ağsaqqallar Şurasının sədr müavini Ağalar Bayramov, RİHB yanında Şuranın üzvləri, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndələr, bələdiyyə sədrləri, Suraxanı Rayon Gənclər və İdman İdarəsinin rəisi, Şəhid ailələri və qazilər, Şəhidin doğmaları və yaxınları iştirak etmişlər.
Anım günündə Şəhidin xatirəsi ehtiamla yad olunaraq məzarı ziyarət edilmiş, ruhuna dualar oxunmuşdur.
Suraxanı RİH başçısı Əziz Əzizov bildirmişdir ki, əzəli torpaqlarımızı 30 ildən sonra qısa müddətdə düşmən tapdağından xilas edib, xalqımıza qələbə sevincini yaşadan ölməz qəhrəmanlarımız arasında Xəyyam Əliyevin də şərəfli adı var. Şəhidimizə allahdan rəhmət diləyən RİH başçısı onun özündən sonra əmanət qoyduğu körpə balasının da vətənpərvər ruhda böyüyəcəyinə əmin olduğunu qeyd etmiş və ailəsinə səbr diləmişdir.
Allah rəhmət etsin!