Xızı rayonu ərazisində "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirən zaman qəzaya uğrayan Dövlət Sərhəd Xidmətinə məxsus helikopterdə həlak olan Şəhidimiz mayor Məmmədov Murad Yaşar oğlunun bu gün 3 mərasimi keçirilib.

Mərasimdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Rayon Prokuroru Rəşid Mahmudov, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı rayon İdarəsinin rəisi Rauf Məmmədov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsinin rəisi Çingiz Kiçibəyov, RİHB yanında Şuranın üzvləri, Qaraçuxur qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, bələdiyyə sədri, Suraxanı Rayon Gənclər və İdman İdarəsinin rəisi, Şəhid ailələri və qazilər, Şəhidin doğmaları və yaxınları iştirak etmişlər.
Haqq dünyasına qovuşmuş Şəhidimizə allahdan rəhmət diləyən RİH başçısı Əziz Əzizov onun doğmalarına təskinlik verərək səbr diləmiş, belə vətənpərvər oğullarımızla bütün Azərbaycan xalqının fəxr etdiyini söyləmişdir.
Allah rəhmət etsin!