Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanıda “Ümumdünya Uşaq günü ” və Uşaq hüquqları haqqında Konvensiyasının 25 illiyi münasibəti ilə tədbir keçirilib

20 noyabr 2014 | 16:00

20 noyabr 2014-cü il tarixdə Suraxanı rayonunda “Ümumdünya Uşaq  günü ” və Uşaq hüquqları haqqında Konvensiyasının 25 illiyi münasibəti ilə tədbir keçirilmişdir. Tədbir Suraxanı Rayon İcra Hakimiyyətinin və YAP Rayon Təşkilatı Qadınlar Şurasının birgə təşkilatçılığı ilə baş tutub.
Suraxanı rayonu Gənclər evində  təşkil edilən tədbirdə rayon məktəbliləri, internat və uşaq evlərinin yetirmələri qatıldı. YAP Suraxanı rayon təşkilatının Qadınlar Şurasının sədri Zəkiyyə Musayeva ölkəmizdə uşaqlara göstərilən dövlət qayğısından, onların sosial rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirilən layihələrdən danışdı. Bildirdi ki, uşaqlar dünyada hamı üçün əzizdir. Dünyanın hər yerində uşaqlara qayğı və uşaqların qorunması xüsusi əhəmiyyət kəsb edir.
Tədbirdə çıxış edən Suraxanı Rayon İcra Hakimiyyəti başcısının müavini Sevinc Hüseynova Azərbaycanda uşaqlara xüsusi məhəbbət, xüsusi münasibətin olduğunu diqqətə çatdırdı. Sevinc Hüseynova vurğuladı ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva daim uşaqlara diqqət və qayğı göstərirlər.
Partiyanın Rayon Təşkilatının Aparat rəhbəri Fərman Rəsulov,  Ombudsman Aparatının İnsan Hüquqları üzrə sektor müdiri Rəşid Rumuzadə, ziyalılar və məktəblilər qeyd ediblər ki, ümumdünya uşaq  günü bütün dünyada keçirilir və hər bir ölkə, hər bir dövlət uşaqları qorumağı, uşaqları müdafiə etməyi özünün əsas vəzifəsi hesab edir.
Tədbir rayonun təhsil ocağı kollektivlərinin hazırladıqları ədəbi-bədii proqram ilə davam etdi, respublika və beynəlxalq tədbirlərdə fərqlənən uşaqlara xatirə hədiyyələri təqdim olundu.

Keçidlər