Suraxanıda əlillərə xüsusi qayğı var
3 dekabr - Beynəlxalq Əlillər günü münasibəti ilə Suraxanı Rayon İcra Hakimiyyəti Yeni Günəşli yaşayış massivində yeni inşa edilmiş "Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya mərkəzi"ndə musiqili-əyləncəli tədbir keçirmişdir.
Şənlik iştirakçılarını salamlayan Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov dövlətimizin, ölkə başçısı cənab İlham Əliyevin əlil vətəndaşlara göstərdiyi diqqət və qayğıdan, bu istiqamətdə Respublikamızda həyəta keçirilən işlərdən danışmışdır.
Rayon rəhbəri diqqətə çatdırmışdır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev cəmiyyətimizin bütün təbəqələrinə, o cümlədən əlil vətəndaşlara daim diqqət və qayğı göstərir.Ölkə başçısının sərəncamı ilə mütəmadi olaraq müxtəlif kateqoriyalardan olan əlillərin müavinətləri artırılır. Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın səyləri nəticəsində bir çox əlil evləri əsaslı təmir olunmuş, müasir standartlara uyğun olan yeni bərpa mərkəzləri yaradılmışdır. Bu gün tədbir tədbir keçirdiyimiz "Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya mərkəzi" də Heydər Əliyev Fondu t'r'find'n inşa edilmişdir. 05 aprel 2011-ci il tarixdə Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Mərkəzin açılışında iştirak etmişdir.Mərkəzin təxminən 1700 kvadratmetr sahəsi olan tibb ocağı ən müasir standartlara uyğun tikilmiş və ən son avadanlıqla təchiz olunmuşdur. Mərkəzdə xüsusi qayğıya ehtiyacı olan uşaqların müalicəsi üçün dünya psixoterapiya praktikasında çox populyar olan qum terapiyası üsulundan istifadə edilir. Müalicəvi idman və fiziki tərbiyə reabilitasiya prosesində əsas üsullardan biridir.
Çıxış edənlər əlil vətəndaşlarımıza, xüsusi ilə əlil uşaqlara göstərdiyi diqqət və qayğıya görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildirmişlər.
Xüsusi qayğıya ehtiyacı olan uşaqlarla görüşə gələn incəsənət ustaları öz mahnıları ilə görüşü daha yaddaqalan və mənalı etmişlər.Sonda uşaqlara RİH tərəfindən hədiyyələr təqdim olunmuşdur.
Beynəlxalq əlillər günü münasibəti ilə Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə eyni zamanda əmək, müharibə əlilləri, Çernobıl qəzasının iştirakçıları, müxtəlif səbəblərdən əlil olmuş 200-ə qədər rayon sakini üçün "Halal Süfrə" şadlıq sarayında da süfrə acılmışdır.
Tədbirdə iştirak edən rayon rəhbərliyi bildirmişdir ki, BMT tərəfindən 1983-1992 illərdə həyata keçirilmiş Əlillər Onilliyinin başa çatması münasibəti ilə BMT Baş Məclisi 1992-ci il oktyabrın 14-də hər il dekabr ayının 3-nün "Beynəlxalq Əlillər günü " kimi qeyd olunması barədə qərar qəbul etmişdir. Bu günün məqsədi cəmiyyəti əlillik probleminin həllinə cəlb etməkdir.Suraxanı rayonunda 9305 nəfər əlil yaşayır. Onlardan 2992 nəfəri sosial əlil,6313 nəfəri müharibə, əmək, silahlı qüvvələrdə xidmət, Çernobıl qəzası və digər əlil kateqoriyasına daxildir.Bundan əlavə rayonda 837 nəfər 18 yaşına çatmayan əlil yaşayır.Onların hamısına dövlət tərəfindən pensiya və müavinət verilir.Tədbirdə xüsusi vurğulanmışdır ki, Azərbaycan Respublikasının Prezidentı cənab İlham Əliyev bu kateqoriyadan olan insanların problemlərinin həlli, onların həyat şəraitnin yaxşılaşdırılması, bu insanların özlərini cəmiyyətin tamhüquqlu üzvü kimi hiss etmələri üçün bütün zəruri tədbirləri həyata kecirir. Əlillər dövlətin hərtərfli qayğısı ilə əhatə olunmuşlar.Bu istiqamətdə Suraxanı rayonunda da əlillərin qarşılaşdıqları məişət problemlərinin həlli və maddi-rifah hallarının yaxşılaşdırılması yönündə mütamadi olaqraq zəruri tədbirıər həyata kecirilir.
Çıxış edən əlillər göstərilən diqqətə görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildirmişlər.
Rayonun incəsənət ustaları konsert proqramı ilə çıxış etmişdir.