17 oktyabr tarixində Suraxanıda RİH başçısının növbəti səyyar görüşü keçirildi
17 oktyabr 2024 | 17:49
Dövlət başçısının tapşırıq və tövsiyələrinə əsasən, əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli məqsədilə qəsəbələrdə sakinlərlə keçirilən səyyar görüşlər davam etdirilir.
Oktyabrın 17-də Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev 87 saylı tam orta məktəbdə Əmircan qəsəbəsinin sakinləri ilə görüşüb. Görüşdə Milli Məclisin deputatı Afət Həsənova da iştirak edib.
Dövlət başçımız cənab İlham Əliyevin rəhbərliyi ilə son illər ölkəmizin əldə etdiyi uğurlardan danışan RİH başçısı Adil Əliyev həyata keçirilən dövlət siyasətinin əsasını vətəndaş məmnunluğu amilinin təşkil etdiyini və qəsəbələrdə vətəndaşlarla keçirilən səyyar görüşlərin də məhz bu məqsədə xidmət etdiyini bildirib.
Həmçinin, Milli Məclisin deputatı Afət Həsənova vətəndaş müraciətlərinin həlli istiqamətində görülən işlərlə bağlı çıxışında qeyd edib ki, xüsusi əhəmiyyət daşıyan bir sıra problemlərin müsət həlli məqsədilə aidiyyəti mərkəzi icra hakimiyyəti orqanları qarşısında, Milli Məclis və Milli Məclisin Komitə iclaslarında məsələlər qaldırılıb.
Qəbulda iştirak edən sakinlərin problemləri dinlənilib, onları narahat edən məsələlər aidiyyəti məsul şəxslərin iştirakı ilə müzakirə edilib.
Qəsəbə sakinləri göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.