Suraxanı məktəbliləri Azərbaycanda ilk dəfə keçirilən “Uşaq hüquqları” hakatonun iştirakçısı və qalibi olmuşdur.
Suraxanı məktəbliləri Azərbaycanda ilk dəfə keçirilən “Uşaq hüquqları” hakatonun iştirakçısı və qalibi olmuşdur.
Noyabrın 21-də Azərbaycanda ilk dəfə keçirilən “Uşaq hüquqları” hakatonu Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK), BMT-nin Uşaq Fondu (UNICEF) və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı ilə baş tutub.
20 noyabr - Ümumdünya Uşaqlar Gününə həsr olunmuş və iki gün davam edən hakatonda paytaxt və regionları təmsil edən 10-16 yaşarası məktəblilər iştirak ediblər.
Məlumat üçün qeyd edək ki, Suraxanı rayonundan Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumunun iştirakçısı olan 278 nömrəli tam orta məktəbin şagirdi Nicat Rəhimov və 285 nömrəli tam orta məktəbin şagirdi Jalə Muradlı “Uşaq hüquqları” hakatonunun final mərhələsində iştirak etmiş və qaliblər sırasında 1-ci yerə layiq görülmüşlər.
Hakatonun sonunda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri Bahar Muradova, təhsil nazirinin müavini Muxtar Məmmədov, BMT-nin Uşaq Fondunun Azərbaycan Nümayəndəliyinin rəhbərinin müavini Min Yuan, “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) sədri Məhəmməd Abdullayev hakaton iştirakçılarını və qalibləri təbrik edərək hədiyyə və sertifikatları təqdim ediblər.