Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün, 44 günlük Vətən Müharibəsində yaralanmış qazi Əlizadə İslam Dursun oğlunun vəfatından üç gün keçir.

17 noyabr 2021 | 16:00

 Bu gün, 44 günlük Vətən Müharibəsində yaralanmış qazi Əlizadə İslam Dursun oğlunun vəfatından üç gün keçir.

Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə təşkil olunmuş anım mərasimində haqq dünyasına qovuşmuş qazimiz İslam Əlizadənin ruhu böyük ehtiramla yad edilərək ehsan süfrəsi açılmış, ruhuna dualar oxunmuşdur.

Mərasimində Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Rayon Prokuroru Rəşid Mahmudov, Rayon Polis İdarəsinin rəisi Süleyman Neymətov, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı rayon İdarəsinin rəisi Rauf Məmmədov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsinin rəisi Çingiz Kiçibəyov, RİHB yanında Şuranın üzvləri, Qaraçuxur qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi, bələdiyyə sədri, Suraxanı Gənclər evinin direktoru, Suraxanı Rayon Gənclər və İdman İdarəsinin rəisi iştirak etmişlər.

Suraxanı RİH başçısı Əziz Əzizov qazinin ailə üzvlərinə dərin hüznlə başsağlığı verərək torpaqlarımızın düşmən tapdağından azad olunmasında canlarından keçən Vətən oğullarımıza Allahdan rəhmət diləmişdir.

Qeyd edək ki, qazi Əlizadə İslam Dursun oğlu Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda” medalı, Azərbaycan Respublikasının Qubalı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

 

Keçidlər