Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonunda “Açıq Hökumətin təşviqinə dair” 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın və “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası istiqamətində növbəti tədbir keçirilmişdir

21 noyabr 2014 | 16:00

21 noyabr 2014-cü il tarixdə Suraxanı rayon İcra Hakimiyyətinin Akt zalında      Azərbaycan Respublikası Prezidentinin 5 sentyabr 2012-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökumətin təşviqinə dair” 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın və “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası istiqamətində növbəti tədbir keçirilmişdir.
Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının,  Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın, rayonun hüquq-mühafizə orqanlarının nümayəndələri, rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayonun büdcə təşkilatlarında çalışan dövlət qulluqçuları, xidmət və yerli özünüidarəetmə qurumlarının əməkdaşları iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Suraxanı rayon İcra Hakimiyyəti başçısınını müavini Əhməd Talıbov bildirmişdir ki, qeyd edilən Milli  Fəaliyyət Planlarının icrasını Suraxanı rayonunda təmin etmək məqsədi ilə Suraxanı rayon İcra Hakimiyyəti başçısının 5 oktyabr 2012-ci il tarixli 141 saylı sərəncamına əsasən tədbirlər planı təsdiq edilmişdir. Tədbirlər planına uyğun olaraq  korrupsiyaya qarşı mübarizə sahəsində dövlət və yerli özünüidarəetmə orqanlarının fəaliyyətində şəffaflığın artırılması, bu sahədə dövlət siyasətinin həyata keçirilməsi, eyni zamanda korrupsiyaya qarşı mübarizə sahəsində hüquq-mühafizə orqanlarının korrupsiya hallarına və onun inkişafına şərait yaradan amilləri aşkarlamaq, təhlil etmək və mütəmadi olaraq onlara qarşı ciddi tədbirlər görməsi nəzərdə tutulmuşdur.
Açıq Hökumətin təşviqinə və Korrupsiyaya qarşı mübarizəyə dair tədbirlər planına uyğun olaraq iqtisadiyyatın inkişafı üçün əlverişli şəraitin yaradılması, dövlət və yerli özünüidarəetmə orqanlarında vəzifəli şəxslərin fəaliyyətində şəffaflığın və səmərəliliyin təmin edilməsi, korrupsiyaya qarşı mübarizənin normativ hüquqi və təşkilati əsaslarının təkmilləşdirilməsi, bu sahədə ümumi dövlət siyasətinin həyata keçirilməsini təmin etmək məqsədilə Suraxanı rayon İcra Hakimiyyətində mütəmadi olaraq antikorrupsiya mövzusunda tədbirlər  keçirilir.
Rayon İcra Hakimiyyətində informasiyanın verilməsi üçün müntəzəm yeniləşən www.surakhani-ih.gov.az internet saytı və mail@surakhani-ih.gov.az elektron poçt ünvanı fəaliyyət göstərir. Rayon İcra Hakimiyyəti və onun yerli qurumlarının fəaliyyəti barədə məlumatlar mütəmadi olaraq RİH-in internet saytında, stendlərdə və digər təşviqat lövhələrində yerləşdirilir, kütləvi informasiya vasitələrində, televiziya kanallarında məlumatlar verilir. Dövlət və yerli Proqramların yerinə yetirilməsinin icra vəziyyəti haqqında hər rübün və ilin yekunu üzrə görülmüş işlər barədə RİH başçısının və müvafiq qurumların rəhbərlərinin məruzələri dinlənilir, müzakirə olunur. İctimai maraq kəsb edən qərarların qəbul edilməsi prosesində ictimaiyyətin iştirakını genişləndirmək məqsədi ilə yerlərdə “Şikayət və təkliflər” səyyar poçt qutuları quraşdırılmışdır.
RİH başçısı və dövlət qurumlarının yerli təşkilat rəhbərləri tərəfindən vətəndaşların birbaşa qəbulu keçirilir, RİHB-nin qəbuluna hər gün yazılış aparılır, bunun üçün RİH binasında xüsusi otaq ayrılmışdır. Vətəndaşlar RİHB tərəfindən hər həftənin birinci günü saat 1400-dan etibarən məhdudiyyətsiz qəbul edilir. Diqqətinizə çatdırmaq istəyirəm ki, 2014-cü ilin 10 ayı ərzində  RİHB tərəfindən 721 nəfər vətəndaş qəbul edilmiş, 3151 nəfərin iştirakı ilə 35 səyyar görüş-qəbul keçirilmişdir. 2014-cü ilin 10 ayı ərzində RİH-ə 153 elektron məktub daxil olmuş və müvafiq qaydada cavablandırlmasında və icrasına nəzarət edilməsində “Elektron icraçı” avtomatlaşdırılmış idarəetmə sistemindən və daxili kompyuter şəbəkəsinin imkanlarından istifadə edilmişdir. RİH-in internet saytının “Qanunvericilik” bölməsində “Dövlət qulluqçusunun etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu yerləşdirilmiş, RİH-in məsul əməkdaşları Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasınıda və digər qurumlarda ixtisasartırama kurslarında iştirak edilmişdir. Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri barədə RİH-in internet saytı, “qaynar xətt” telefonu, səyyar görüş- qəbullar vasitəsi ilə əhali arasında maarifləndirmə işi aparılmışdır.
Tədbirdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, dosent Asif Qədirov,  Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Hüquq şöbəsinin müdir müavini Elvin Əliyev, Suraxanı rayon Prokurorunun müavini Aqil Cəfərov, Rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin müdiri Elşən Zahirli çıxış etdilər.
Tədbir bu sözlərlə yekunlaşdı: Respublikamızda həyata keçirilən sosial-iqtisadi islahatlar nəticəsində qazanılan uğurlar korrupsiyaya qarşı mübarizə sahəsindəki tədbirlərin önəmini daha da artırmaqdadır. Son vaxtlar bütün sahələrdə şəffaflıq prinsipinin, maliyyə intizamının gücləndirilməsi, eləcə də korrupsiya hallarına qarşı digər mübarizə tədbirlərinin genişləndirilməsi də məhz bu reallığa nümumədir. Cəmiyyətimiz  əmindir ki, korrupsiyaya qarşı mübarizə öz bəhrəsini verəcək və inkişafımıza mane olan bütün süni əngəllər birdəfəlik aradan qalxacaqdır.

Keçidlər