Şriftin ölçüsü :

Saytın rəngi :

12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günüdür.

12 noyabr 2021 | 16:00

12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günüdür. Artıq Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 26 il ötür. Müstəqil Azərbaycanın ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib.

Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Təsadüfi deyil ki, şəxsiyyətin toxunulmazlığı, insanların həyat və sağlamlığının qorunması, layiqli həyat səviyyəsinin təmin olunması, humanizm və insanpərvərlik prinsipləri Azərbaycan Konstitusiyasının başlıca mahiyyətini təşkil edir.

Əsasını dövlət müstəqilliyimiz, suverenliyimiz təşkil edən ali hüquqi qüvvəyə malik qanunumuz – Konstitusiyamız 5 bölmədən, 12 fəsildən və 158 maddədən ibarətdir.

Xalqımızı Konstitusiya Günü münasibətilə təbrik edir, daimi sülh və əmin-amanlıq arzulayırıq!

Keçidlər