Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı Rayonunda “Zəfərdən zəfərə dalğalanan bayrağım” adlı tədbir təşkil edilmişdir.

10 noyabr 2021 | 16:00

Noyabrın 10-da Suraxanı rayonunda yerləşən “Atəşgah Məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi Müdafiə Nazirliyi Hərb Tarixi Muzeyi və Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Zəfərdən zəfərə dalğalanan bayrağım” adlı tədbir təşkil edilmişdir.

Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatları Sevinc xanım Fətəliyeva, Etibar Əliyev, Rayon Prokuroru Rəşid Mahmudov, Rayon Polis İdarəsinin rəisi Süleyman Neymətov, RİHB yanında Şuranın üzvləri, Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri Azadə Hüseynova, Rayon Ağsaqqallar Şurasının sədr müavini iştirak etmişdir.

Tədbiri giriş sözü ilə açan Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov bildirmişdir ki, ötən il sentyabrın 27-dən başlayan, işğal altındakı ərazilərimizin azad edilməsi ilə nətəcələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə çevrilmişdir. 44 günlük Vətən müharibəsi Ali Baş Komandanın, Azərbaycan Ordusunun, xalqımızın zəfəri ilə başa çatdı. Haqq savaşımız Azərbaycan tarixinə qızıl hərflərlə əbədi yazıldı. Bu qələbəni Ali Baş Komandanın qətiyyəti, siyasi iradəsi, müzəffər Ordumuzun şücaəti, qəhrəmanlığı, qorxmaz, cəsur əsgərlərimizin canı, müqəddəs, ölməz şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazandıq.

Daha sonra Əfqanıstan, I və II Qarabağ Müharibəsi veteranı, Müdafiə Nazirliyi Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi polkovnik Əzizağa Qənizadə və Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin icraçı direktoru Zamin Zeynal çıxış etmişlər.

Həmçinin, Vətən Müharibəsi zamanı müzəffər Azərbaycan ordusunun işğalçı Ermənistanı döyüş meydanında məğlub etməsi nəticəsində, düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi tədbirdə nümayiş olunmuş və mərasim bədii hissə ilə davam etmişdir.

Keçidlər