Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün, noyabrın 7-də anım günü qeyd olunan Vətən müharibəsinin digər Şəhidi Fərzullazadə Mehdi Zaman oğludur.

07 noyabr 2021 | 16:00

Bu gün, noyabrın 7-də anım günü qeyd olunan Vətən müharibəsinin digər Şəhidi Fərzullazadə Mehdi Zaman oğludur.

Azərbaycan Ordusunun əsgəri olan Mehdi Fərzullazadənin anım günündə Suraxanı rayonu, Bülbülə qəsəbəsində Şəhidlər Xiyabanında məzarı ziyarət olunmuş, önünə gül dəstələri düzülərək ruhu böyük ehtiramla yad edilmişdir. Həmçinin ehsan süfrəsi açılaraq Şəhidin ruhuna dualar oxunmuş, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş bütün Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Anım mərasimində Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatları Sevinc xanım Fətəliyeva, Etibar Əliyev, Rayon Prokuroru Rəşid Mahmudov, Rayon Polis İdarəsinin rəisi Süleyman Neymətov, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı rayon İdarəsinin rəisi Rauf Məmmədov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsinin rəisi Çingiz Kiçibəyov, RİHB-nin müavinləri, şöbə müdirləri, Hövsan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi, bələdiyyə sədri, Suraxanı Rayon Gənclər və İdman İdarəsinin rəisi, Şəhid Ailələrinin Müdafiə Cəmiyyətinin sədri, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Suraxanı rayon şöbəsinin sədri, “Canlı İşıqfor”un Vətənpərvərlik qrupu və gənclər, Şəhid ailələri və qazilər, Şəhidin doğmaları və yaxınları iştirak etmişlər.

RİH başçısı Əziz Əzizov bildirmişdir ki, Şəhidlər tək valideynlərinin, doğmalarının deyil, hər bir azərbaycanlının, Azərbaycanı sevənlərin əzizi, doğmasıdır. Onlar Azərbaycan tarixində, xalqımızın yaddaşında əbədi yaşayacaqlar. Azərbaycanın qəhrəmanlıq tarixinin Zəfər dolu salnaməsini yazan Şəhidlər ölməzdirlər, xalqımız var olduqca onlar da yaşayacaqlar. Həmçinin, Şəhidlərimizin qanının yerdə qalmadığını, onların qisasının, intiqamının Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə döyüş meydanlarında alındığını qeyd edən RİH başçısı Şəhidimizin ailəsinə dərin hüznlə başsağlığı vermiş, Allahdan bütün Şəhidlərimizə rəhmət diləmişdir.

Həmçinin, tədbirdə Şəhidlərimiz Mehdi Fərzullazadənin təhsil aldığı 208 №li tam orta məktəbin müəllim və şagird kollektivləri iştirak edərək şagirdlərin ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.

Qeyd edək ki, Şəhidimiz Mehdi Fərzullazadə ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda”, Füzuli və Xocavənd rayonlarının işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik nümunəsi göstərdiyinə görə “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

 

 

Keçidlər