Zəfər Günü ərəfəsində silsilə tədbirlər davam etdirilir.
Zəfər Günü ərəfəsində silsilə tədbirlər davam etdirilir.
Noyabrın 6-da Suraxanı Rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin birgə təşkilatçılığı ilə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Vətən müharibəsində qazandığımız Böyük Qələbənin ildönümü münasibətilə konsert proqramı təşkil olunmuşdur.
Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatları Sevinc xanım Fətəliyeva, Etibar Əliyev, Rayon Prokuroru Rəşid Mahmudov, Rayon Polis İdarəsinin rəisi Süleyman Neymətov, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı rayon İdarəsinin rəisi Rauf Məmmədov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsinin rəisi Çingiz Kiçibəyov, RIHB yanında Şuranın üzvləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, Şəhid ailələri və qazilər iştirak etmişlər.
Şəhidlərimizin əziz xatirəsinin yad edildiyi və Dövlət Himnimizin səsləndirilməsi ilə başlanan tədbirdə çıxış edən polkovnik Abdulla Qurbani 44 günlük Vətən Müharibəsində qazanılan qələbədən, dövlət-xalq-ordu birliyindən danışmışdır.
Həmçinin tədbirdə çıxış edən Suraxanı RİH başçısı Əziz Əzizov torpaqlarımızın işğaldan azad edilməsi uğrunda aparılan haqq savaşında qazandığımız qələbədə göstərilən qəhrəmanlıqlardan, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun şücaəti nəticəsində şəhidlərimizin intiqamının döyüş meydanlarında alındığından, haqq-ədalətin bərpa edildiyindən bəhs etmişdir.
Milli Məclisin deputatları Sevinc xanım Fətəliyevanın və Etibar Əliyevin çıxışı ilə davam edən tədbirdə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə təltif olunan şəhid və qazilərin orden və medallarının təqdimetmə mərasimi də keçirilmişdir.