Şriftin ölçüsü :

Saytın rəngi :

Noyabrın 6-da Vətən müharibəsinin şəhidi Rəhimov Sadiq Nadir oğlunun anım günündə adının əbədiləşdirilməsi məqsədilə bulaq – abidə kompleksinin açılış mərasimi keçirilmişdir.

06 noyabr 2021 | 16:00

Noyabrın 6-da Vətən müharibəsinin şəhidi Rəhimov Sadiq Nadir oğlunun anım günündə adının əbədiləşdirilməsi məqsədilə bulaq – abidə kompleksinin açılış mərasimi keçirilmişdir.

Mərasimində Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatları Sevinc xanım Fətəliyeva, Etibar Əliyev, Rayon Prokuroru Rəşid Mahmudov, Rayon Polis İdarəsinin rəisi Süleyman Neymətov, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı rayon İdarəsinin rəisi Rauf Məmmədov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsinin rəisi Çingiz Kiçibəyov, Şura üzvü Hicran Şərifov, RİHB-nin müavinləri, şöbə müdirləri, Hövsan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi, bələdiyyə sədri, Suraxanı Gənclər evinin direktoru, Suraxanı Rayon Gənclər və İdman İdarəsinin rəisi, Şəhid Ailələrinin Müdafiə Cəmiyyətinin sədri, “Canlı İşıqfor”un Vətənpərvərlik qrupu və gənclər, Şəhid ailələri və qazilər iştirak etmişlər.

Tədbirdə çıxış edən RİH başçısı Əziz Əzizov torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmağı ən böyük şərəf və qürur hissi olduğunu qeyd etdi. O, bildirdi ki, Şəhid adı müqəddəsdir, şəhidlik zirvəsi ən uca, ən ali zirvədir, Vətən uğrunda ölən varsa, vətəndir! Şəhidlik zirvəsinə ucalanların xatirəsi xalqımızın hər bir vətəndaşının qəlbində yaşayır və həmişə də yaşayacaqdır. Şəhidimizin ailə üzvlərinə dərin hüznlə başsağlığı verən RİH başçısı Allahdan bütün cəmi şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı diləmişdir!

Həmçinin, tədbirdə 196, 270, 114 №li tam orta məktəblərin müəllim və şagird kollektivləri iştirak edərək şagirdlərin ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.

Qeyd edək ki, Şəhidimiz Sadiq Rəhimov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda” medalı, Şuşa şəhərinin, Füzuli və Xocavənd rayonlarının işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik nümunəsi göstərdiyinə görə “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

 

Keçidlər