44 günlük Vətən Müharibəsində Şanlı Qələbəmizin birinci ildönümü münasibətilə noyabrın 5-də Suraxanı Rayon İcra Hakimiyyətində “Qalib Azərbaycan xalqı” adlı tədbir keçirilmişdir.
44 günlük Vətən Müharibəsində Şanlı Qələbəmizin birinci ildönümü münasibətilə noyabrın 5-də Suraxanı Rayon İcra Hakimiyyətində “Qalib Azərbaycan xalqı” adlı tədbir keçirilmişdir.
Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Rayon Polis İdarəsinin rəisi Süleyman Neymətov, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı rayon İdarəsinin rəisi Rauf Məmmədov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsinin rəisi Çingiz Kiçibəyov, RİHB yanında Şuranın üzvləri, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndələr, bələdiyyə sədrləri, idarə, təhsil və mədəniyyət müəssisələrinin, təşkilatların rəhbərləri, şəhid ailələri və qazilər iştirak etmişdir.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin Heydər Əliyev parkında ucalan abidəsini ziyarət edərək önünə gül dəstələri qoymuş və rayon İcra Hakimiyyətində sərgilənmiş Zəfər gününə həsr olunan rəsm əsərləri ilə tanış olmuşlar.