"8 Noyabr – Zəfər Günü" ərəfəsində Qaraçuxur qəsəbəsi, Qurban Abbasov adına Mədəniyyət sarayında “Cənnətə bilet” adlı tamaşanın ilk təqdimatı keçirilmişdir.
Vətən müharibəsinin birinci ildönümü ilə əlaqədar Suraxanı rayonunda silsilə tədbirlər davam etdirilir.
"8 Noyabr – Zəfər Günü" ərəfəsində Suraxanı Rayon İcra Hakimiyyətinin, YAP Suraxanı rayon təşkilatının, Bakı Uşaq və Gənclər Teatrının birgə təşkilatçılığı ilə Qaraçuxur qəsəbəsi, Qurban Abbasov adına Mədəniyyət sarayında “Cənnətə bilet” adlı tamaşanın ilk təqdimatı keçirilmişdir.
Noyabrın 4-ü keçirilən təqdimat mərasimində Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatı Etibar Əliyev, Rayon Polis İdarəsinin rəisi Süleyman Neymətov, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı rayon İdarəsinin rəisi Rauf Məmmədov, Rayon Prokuroru Rəşid Mahmudov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsinin rəisi Çingiz Kiçibəyov, RİHB yanında Şuranın üzvləri, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndələr, Suraxanı Rayon Gənclər Evinin direktoru, Suraxanı Rayon Gənclər və İdman İdarəsinin rəisi, Suraxanı rayon Heydər Əliyev Mərkəzinin direktor əvəzi, təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin rəhbərləri, şəhid ailələri və qazilər iştirak etmişlər.
Qeyd edək ki, 44 günlük Vətən Müharibəsində Şanlı Qələbəmizin ildönümünə həsr olunmuş tamaşanın müəllifi və rejissoru İlhamə Əhmədovadır.
Sonda Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Suraxanı rayonu üzrə təltif olunmuş bir qrup qazinin medallarının təqdim edilməsi mərasimi keçirilmişdir.